Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Macarıstanda “Şuşa günü“

19:35  |    19 Mart 2015  |   E-mail  |  Çapa göndər

İki il bundan əvvəl Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhəri arasında dostluq və qardaşlıq sazişi imzalanıb. Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, ötən müddət ərzində qardaşlaşmış şəhərlərin biri-biri ilə daha da yaxınlaşması, Dağlıq Qarabağdakı erməni işğalı haqqında həqiqətlərin Macarıstan ictimaiyyəti arasında geniş yayılması istiqamətində bir sıra işlər görülüb.

Şuşa şəhər icra hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Döndöşdə “Şuşa günü” keçirilib. Əvvəlcə şəhər meriyasında Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov və Döndöş şəhər meri Tamaş Keveşin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüş zamanı iqtisadiyyat, mədəniyyət və turizm sahəsindəki əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, Döndöşdən olan iş adamlarının Azərbaycandakı biznes və investisiya mühiti haqqında sualları cavablandırılıb.
Şəhərlə tanışlıqdan sonra axşam XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı zəngin konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl səfir Vilayət Quliyev Şuşa ilə Döndöşü yaxınlaşdıran amillər, Dağlıq Qarabağ münaqişəsi və bütünlükdə yüksələn xətlə inkişaf edən, strateji tərəfdaşlıq statusu qazanan Azərbaycan-Macarıstan əməkdaşlığı barədə danışıb. Konsert proqramı böyük maraq doğurub. Sonda iştirakçılar üçün Novruz süfrəsi açılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ