Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

“Astana Balet” teatrı Bakıda

19:27  |    19 Mart 2015  |   E-mail  |  Çapa göndər

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Astana Balet” teatr kollektivinin çıxışı olacaq. Kulisin Opera və Balet Teatrının mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə təqdim ediləcək proqram “Şərq rapsodiyası” adlanır və müxtəlif stillərdə olan nömrələrdən ibarətdir.

Proqrama ayrı-ayrı xalqların koloritini əks etdirən parlaq rəqslər daxil edilmiş və rəqslərin quruluşu müxtəlif qazax və habelə xarici baletmeysterlər tərəfindən həyata keçirilmişdir.

“Şərq rapsodiyası”nın proqramında N.Rimski-Korsakov, Q.Qarayev və A.Borodin kimi dünya klassiklərinin musiqiləri, həmçinin milli xoreoqrafik kompozisiyalar – “Kus-Jolı”, “Kız Jibek”, “Qazax valsı” və s. nömrələr səslənəcəkdir.

Müasir xoreoqrafiya yeni istiqamət və cərəyanı təmsil edən “Astana balet”in kollektivi maraqlı yaradıcı layihələrlə bir sıra ölkələrdə və şəhərlərdə - Pekin, Şanxay (Çin), Seul (Koreya), Paris (Fransa), Vyana (Avstriya), Moskva, Sankt-Peterburq (Rusiya) və s. qastrol səfərlərində olmuşdur.

Bu kollektivin tamaşaçıları arasında müxtəlif nəsillərin nümayəndələri vardır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür