Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

NATO rəsmisi Azərbaycanla əməkdaşlığı dəyərləndirdi

16:40  |    19 Mart 2015  |   E-mail  |  Çapa göndər

"Azərbaycanın Əfqanıstan əməliyyatlarına töhfəsi NATO ilə Azərbaycan əlaqələrinin əsas aspektlərindən biridir". Trend-in məlumatına görə, bu sözləri NATO Baş Qərargahının Siyasi və təhlükəsizlik məsələləri şöbəsinin əməkdaşı Steffen Elgersma deyib.

Onun sözlərinə görə, dünyada son illər bu qədər narazılıqların olduğu bir vaxtda NATO ilə Azərbaycan əlaqələri yüksək səviyyədədir.
Steffen Elgersma bildirib ki, Azərbaycan-NATO əməkdaşlığın digər istiqaməti isə müdafiə sahəsində islahatlardır: " Azərbaycanda strukturların NATO standartlarına uyğunlaşdırılması, təhsilin təkmilləşdirilməsi bu istiqamətdə əsas məsələlərdən biridir. Enerji təhlükəsizliyi və kiber hücumlarının qarşısının alınması isə NATO-Azərbaycan əlaqələrində yeni aspektlərdir. Azərbaycanla NATO əlaqələri hər iki tərəfin seçimi əsasında həyata keçirilir. Azərbaycan hansı dərəcədə iştirak edəcəyini özü müəyyənləşdirir. Mindən çox azərbaycanlı zabit NATO tədbirlərində iştirak edir. Bu, uzunmüddətli perspektivdə əsas göstəricidir. Bundan başqa Azərbaycanın NATO əməliyyatlarında iştirakı və tranzit ölkə qismində iştirakı yüksək qiymətləndirilir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ