Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Madrid prinsiplərinə əsaslanmalıdır”

23:19  |    25 Aprel 2016  |   E-mail  |  Çapa göndər


“Mən bura Fransa prezidenti və hökumətinin tapşırığı ilə gəlmişəm və danışıqların yenilənməsi, barışıqla bağlı müraciət gətirmişəm”.

Qaziler.az bildirir ki, APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin çağırışı gərginliyin azaldılması ilə bağlıdır, çünki vəziyyət həddindən artıq gərgindir və partlayış həddinə çatıb: “Müharibə həm hərbi qulluqçular, həm də mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub. Mən elə buna görə buradayam və danışıqlar prosesinin yenilənməsi ilə bağlı mesaj gətirmişəm. 25 mindən çox insanın ölməsi ilə nəticələnən 30 illik münaqişəni dondurulmuş olaraq xarakterizə etmək olmaz. Hər il yeni qurbanlar olur, daha çox insan qaçqın vəziyyətinə düşür”.

H. Desir bildirib ki, Fransa digər həmsədr ölkələr kimi münaqişənin yekun həlli ilə bağlı səylərini əsirgəmir. “Rusiyalı və amerikalı həmsədrlərlə birlikdə Fransa Madrid prinsiplərinin - gücdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin reallaşdırılması üçün səylər göstərir. Münaqişənin tənzimlənməsi bu üç prinsipə əsaslanmalıdır ”,- deyə H. Desir qeyd edib.

Dövlət naziri əlavə edib ki, hazırda prioritet olan atəşkəs rejiminin möhkəmləndirilməsi və ona nəzarət mexanizminin tətbiqidir: “ATƏT-in Minsk qrupunun həmsədrləri hesab edirlər ki, atəşkəs mexanizminə ciddi şəkildə riayət edilməlidir və ona nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmi beynəlxalq ictimaiyyətin himayəsi altında həyata keçirilməlidir. Bunu ATƏT müşahidəçiləri, elektron cihazlar və digər vasitələrlə həyata keçirmək olar”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Atəşkəs yenə pozulub
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb
14.11.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub