Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayevin ad günüdür

15:03  |    05 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.

1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir.

Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
BQXK cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub