Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Türkiyə səfiri: Atəşkəs problemi aradan qaldırmır

15:41  |    22 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə Ermənistan və Azərbaycan arasında yenidən atəşkəsin əldə olunması doğru bir yol olsa da, bu, problemi aradan qaldırmır.

Qaziler.az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Azərbaycan torpaqlarının işğal altında olmasının ən ciddi bir problem olduğunu deyən səfir heç kimin müharibə istəmədiyini də söyləyib: "Kimsənin könlündən müharibə keçməz, heç kəs bunu arzulamaz. Atəşkəs müharibənin olmaması üçün sevindirici bir hal olsa da, problemi aradan qaldırmır. İşğal davam etdiyinə görə atəşkəs də bu işğala görə qarşıdurma olmasın deyə bağlanıb. Buna görə də problemin özünün həll edilməsi, yəni işğalın dayandırılması lazımdır. Onun da parametləri bəllidir".

İ.A.Coşqun qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu problem aradan qaldırılarsa, atəşkəsə də ehtiyac qalmayacaq: "Bu halda hər bir ölkə özünün tanınmış sərhədləri daxilində sülh, xoşbəxtlik içində yaşaya biləcək. Vəziyyətin normallaşmasına görə də əsas işimizə dönə biləcəyik. Əsas işimiz də bölgənin, xalqlarımızın rifahı, işbirliyinin qurulması, ticarətin inkişafıdır. Bunlara nail olmaq üçün vəziyyətin normallaşması lazımdır. Normallaşmanın olması üçün isə işğala son verilməsi lazımdır. İşğala son qoyularsa, təbii ki, atəşkəsə də ehtiyac qalmayacaq".

Qeyd edək ki, aprelin 5-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Buna baxmayaraq, Ermənistan tərəfi atəşkəsi pozmaqda davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub