Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Cəbhəboyu yaşayış məntəqələrində 30 partlamış sursat aşkar edilib - FOTO

23:59  |    20 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Aprelin 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 32 min kv.m-dən çox ərazi yoxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə ANAMA-dan Trend-ə daxil olan hesabatda deyilir.

Aprelin 20-də Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aparılmış işlər haqqında hesabat aşağıdakı kimidir.

Tərtər rayonu

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 7 500 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib və 13 200 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 7 ev və həyətyanı sahə, 11 partlayış yeri və 20 700 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 5 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilib, 9 partlamış sursat aşkar edilib və nəticə etibarilə 890 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib və 1 445 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Ballar kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 4 500 kv.m ərazi yoxlanılıb.

Baharlı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 5 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri və 9 500 kv.m ərazi yoxlanılıb.

Aprelin 20-də Agentlik tərəfindən 12 ev, 30 partlayış yeri, 3 əkin sahəsi və 32 535 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-20 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 300 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub