Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Qarabağda aparılan arxeoloji tədqiqatlar

18:00  |    20 Aprel 2016  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il aprelin əvvəlində Azərbaycan Milli Ordusu Qarabağda ermənilərin növbəti təxribatının qarşısını alıb bütün cəbhə xətti boyunca düşmənə sarsıdıcı zərbə vurdu, bir neçə strateji yüksəkliyi azad etdi. Bu hadisə cəmiyyətimizin bütün təbəqələri kimi elmi ictimaiyyətimiz, o cümlədən cəbhəboyu rayonlarda ardıcıl tədqiqatlar aparan arxeoloq alimlərimiz tərfindən torpaqlarımızın işğaldan azad olunması yolunda xoş müjdə kimi qarşılandı.

Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, jurnalist etikasına sığmayan tərzdə böhtan dolu məlumatları yoxlamadan çap edən müxalif yönümlü bir mətbu orqanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ” arxeoloji ekspedisiyasını fəaliyyətsizlikdə günahlandırmışdır.

Respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 5-də imzaladığı sərəncamdan sonra çöl tədqiqatları daha intensiv xarakter almışdır. Qarabağın arxeoloji tədqiqinə böyük marağı nəzərə alıb, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən bölgədə aparılan araşdırmaların qısa xülasəsini təqdim edirik.
Azərbaycan –Almaniya beynəlxalq ekspedisiyası 2009-cu ildən Mil-Qarabağ bölgəsində yerləşən I Kamiltəpə yaşayış məskənində tədqiqatlar aparır. Burada son Neolit dövrünə – təxminən 8 min il əvvələ aid çiy kərpicdən inşa olunan və Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verən platforma və digər tikili qalıqları açılmışdır. Ekspedisiya Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə almış, onların koordinatlarını müəyyən etmiş, yerüstü materiallar toplamış, bəzi abidələrdə yoxlama şurflar qoyulmuşdur.

Qarabağ Neolit-Eneolit ekspedisiyası 2013-cü ildən Ağdam rayonu ərazisindəki İsmayılbəytəpə yaşayış yerini tədqiq edir. Qazıntı zamanı bu abiddə çiy kərpicdən tikili qalıqları, keramika və daş məmulatı, gildən sapand daşları və s. aşkar edilmişdir. İsmayılbəytəpə yaşayış məskənindən əldə olunan artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz regionu üçün bir yenilik hesab olunur.

Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə abidələr kompleksini tədqiq etmək məqsədilə 2013-cü ildə bölgəyə xüsusi dəstə ezam edilmişdir. Ardıcıl araşdırmalar bu çoxtəbəqəli abidənin qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini göstərir.



Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 32 torpaq qəbir açılıb öyrənilmişdir.

Bərdə arxeoloji ekspedisiyası son illər Şatırlı kəndi yaxınlığıdakı Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Qazıntılar Balatəpə məskəninin Eneolitdən – İlk Tunca keçid mərhələsində salındığını, Son Tunc dövründə burada təbəqələşmənin dərinləşdiyini, antik və ilk orta əsrlərdə əhali artımı ilə əlaqədar yaşayış yerinin daha da böyüyərək Şortəpə istiqamətində genişləndiyini göstərir.

Ağcabədi rayonu ərazisindəki Qalatəpə şəhər məskənində 2008-ci ildən aparılan araşdırmalar bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları qədim alban şəhərinin xarabalığı olduğunu deməyə əsas verir. Məskənin yerləşdiyi koordinatlar da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur.

Arxeoloqlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə sıx əmədaşlıq edirlər. Bilavasitə bu Fondun maliyyə dəstəyi ilə “Qarabağın arxeoloji xəritə”si tərtib edilmiş, beynəlxalq xarakterli 2-ci “ŞUŞA QRANTI” müsabiqәsi çərçivəsində “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə həyata keçirilmişdir. Gənc alimlərin iştirakı ilə “Qafqaz Albaniyasının xristian abidələri” adlı, ingilis dilli sənədli arxeoloji-tarixi film hazırlanmış, Virtual Qarabağ Tarixi Muzeyi yaradılmışdır.



Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün bir sıra tədbirlər görülür, vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların da iştirak etdiyi beynəlxalq konfranslar təşkil olunur. Bu il – 2016-cı ilin noyabr ayında Bakıda Qarabağın arxeoloji irsinə həsr olunmuş növbəti beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Qarabağ abidələrindən toplanan materiallar Arxeologiya və Etnoqrafiya institutunun nəzdindəki Arxeoloji Fonda təhvil verilir. Hazırda bu Fondda 500 minə yaxın maddi mədəniyyət nümunəsi mühafizə olunur. Qarabağda son tədqiqatlar zamanı aşkar edilən yeni artefaktların bir qismi institutun İçərişəhərdə yerləşən Elmi Ekspozisiya Muzey-Sərgisində nümayiş etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub