Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Cəbhəyanı kəndlərdə 13 gün ərzində 137 ədəd partlamamış hərbi sursat aşkar edilib

02:56  |    20 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Cəbhəyanı kəndlərdə bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 19-da Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, aprelin 19-da Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 07-19 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub