Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Musa Yaqub haqda “Qara daşın sədası” kitabı çıxıb

19:24  |    17 Mart 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az saytı modern.az-a istinadən xəbər verir ki, çağdaş Azərbaycan ədəbiyyatının böyük şairi Musa Yaqubun həyat və yaradıcılıq yolunu dəyərləndirən “Qara daşın sədası” kitabı işıq üzü görüb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, UniPrint mətbəəsində çap olunan kitabın ərsəyə gətirilməsi şairin 1977-ci ilin oktyabrında yazılmış, yaranışından bəri bir çox şair və yazıçılarımızı yaxşı mənada diksindirib – maraqlandırmış, məşhur “Bu dünyanın qara daşı göyərməz” şeirinə yazılmış “onlarla nəzirənin birgə çapı” ideyasından qaynaqlanıb.

Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığı və şəxsiyyətinə ilgili şeirləri, ürək sözləri də toplanılıb. İnternetdən, özəlliklə facebook səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürlərindəndir.

Nəfis tərtibatla çap olunan “Qara daşın sədası”nın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, yazıları toplayıb tərtib edən şairin qızı Yaqut Musaqızı, kompüter qrafikasının əziyyətini çəkən Pərvanə Bayramovadır. Kitaba yazılmış “Şeir taleyi” adlı ön sözün müəllifi şair Maarif Soltandır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”