Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

Ermənistanı işğalçı adlandıran Ukrayna telekanalı Azərbaycana çəkiliş qrupu göndərir-VİDEO

20:52  |    11 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Ukrayna ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların çatdırılması istiqamətində görülən işlər çərçivəsində Əli Dəmirov tərəfindən cari ilin aprel ayının 4-də Ukraynanın nüfuzlu “ICTV” televiziya kanalının “Факты” proqramında Dağlıq Qarabağ münaqişəsi barədə reportaj efirə verilib. APA TV-nin məlumatına görə, sözügedən reportaj “İCTV”nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.

Reportajda Ermənistan dövləti sərt şəkildə tənqid edilib. Ukrayna mediası ölkənin media tarixində Ermənistan dövlətinin heç zaman bu cür sərt şəkildə tənqid olunmadığını yazır. Sözügedən reportajda Ermənistanın Rusiyanın “marionet”i olduğu qeyd edilir və rəsmi İrəvanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi xüsusilə vurğulanır, tamaşaçılara Ermənistanın işğalçı dövlət olması faktı çatdırılır.

Ukraynada geniş izləyici kütləsinə malik “Факты” proqramında yayımlanan reportaj vasitəsilə Ermənistanın yürütdüyü çirkin siyasət qismən də olsa ifşa edilib. “ICTV” televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T. Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T. Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqq mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım sayıla bilər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30.05.2020
“Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert