Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

Şəhid hərbçilərimiz torpağa tapşırılır -VIDEO

02:30  |    10 Aprel 2016  |   E-mail  |  Çapa göndər

MASALLI. Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadənin nəşi bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kəndinə gətirilib.

APA TV-nin cənub bürosunun məlumatına görə, şəhid əsgərin dəfn mərasimində xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Cənazəsinə bükülmüş Azərbaycanın üçrəngli bayrağı dayısına təqdim edilib.

Qeyd edək ki, şəhid Firdovsi Bağırzadə bu ay ordudan tərxis olunmalı idi.

CƏLİLABAD.
Düşmən təxribatı zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində dəfn olunub.

APA TV-nin cənub bürosunun məlumatına görə, şəhid əsgərin dəfn mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Şəhidin nəşi yaylım atəşindən sonra torpağa tapşırılıb. Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı atasına təqdim edilib.

XAÇMAZ. ŞABRAN. QUSAR.
Cəbhə bölgəsində düşmənin hücumunun qarşısını alarkən şəhid olan Xaçmaz, Şabran və Qusar rayonundan olan Azərbaycan ordusunun hərbçiləri bu gün yaşadıqları rayonda torpağa tapşırılıb.

APA TV-nin şimal bürosunun xəbərinə görə, Xaçmaz şəhər sakini 22 yaşlı Mirzəyev İlkin Azadxan oğlu Xaçmaz rayonunda dəfn olunub.

Şabran rayonunun Zeyvə kənd sakini, 24 yaşlı gizir Vəfadar Babək oğlu Abidov doğulduğu kənddə son mənzilə yola salınıb.

Qusar rayonunun Cağarqışlaq kənd sakini, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyirbəyov dəfn olunub.

Şəhidlərimizin dəfn mərasimində rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhidlər yayılım atəşindən sonra torpağa tapşırılıb.

ŞAMAXI. Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Nazim Nadir oğlu Zəkarayev doğulduğu Şamaxı şəhərində dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Nazim Zəkarayev Şamaxı şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Şamaxıda keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III Beynəlxalq elmi konfransın iştirakçısı olan Azərbaycan, Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan tarixçi alimlər, eləcə də Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

QAZAX. Bir neçə gün öncə erməni silahlı birləşmələri ilə döyüşdə şəhid olan baş leytenant Elvin Namazov bu gün doğulduğu Qazax rayonun Yuxarı Salahlı kəndində dəfn edilib.

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, mərasimdə rayon rəhbərliyi, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri və yüzlərlə qazaxlı iştirak edib.

Böyük insan izdihamı ilə son mənzilə yola salınan 26 yaşlı Elvin Namazov Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 10 ay öncə ailə quran ordumuzun zabiti Namazovların böyük övladı olub. Yuxarı Salahlı kənd qəbirstanlığında yaylım atəşi altında dəfn edilən Elvin Namazovun tabutu üzərindəki bayraq isə atası Məmməd Namazova təqdim edilib.

İSMAYILLI.
Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1993-cü il təvəllüdlü Mikayıl Yaqub oğlu Vahabzadə bu gün doğulduğu İsmayıllı rayonunda dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin nəşi İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Qeyd edək ki, ailənin böyük oğlu olan Mikayıl Vahabzadə Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

AĞSU. Azərbaycan Ordusunun şəhid olan giziri, 1993-cü il təvəllüdlü Fərəczadə Toğrul Habil oğlu doğulduğu Ağsu rayonunda dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Toğrul Fərəczadənin nəşi Ağsu rayonunun Bico kəndindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağsu Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

QAZAX. Bu gün Qazax sakinləri 3-cü şəhidini dəfn edib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 32 yaşlı kapitan Mühid Orucov doğulduğu Fərəhli kəndində torpağa tapşırılıb.

Dəfn mərasimdə rayon rəhbərliyi, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, yüzlərlə qazaxlı iştirak edib.

5 yaşlı 2 əkiz övlad atası olan Mühid Orucov Fərəhli kənd qəbiristanlığında yaylım atəşi altında dəfn edilib. Şəhidin tabutu üzərindəki bayraq isə ailəsinə təqdim edilib.

Qeyd edək ki, aprelin 2-dən 5-ə kimi cəbhə bölgəsində gedən döyüşlərdə Qazax rayonu 3 şəhid verib.

ŞAMAXI. Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Səmədov Elşən Səlim oğlu aprelin 9-da doğulduğu Şamaxı rayonunda dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Elşən Səmədovun nəşi Şamaxı rayonu Göylər kəndindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, aprelin 2-dən bu günədək Şamaxı rayonunda 3 şəhid dəfn edilib.

MİNGƏÇEVİR. Azərbaycan Ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü gizir Teymur Sabir oğlu Qasımov doğulduğu Mingəçevir şəhərində dəfn edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Teymur Qasımovun nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Hərbçi Nuran Qasımov şəhid qardaşı Teymurla qürur duyduğunu və düşmənlərdən onun qisasını alacağını bildirib. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

ŞƏMKİR. Erməni təxribatının qarşısını alarkən rəşadət göstərərək şəhid olmuş Vüsal Alıyev bu gün dəfn olunub.

APA TV-nin qərb bürosunun məlumatına görə, şəhid Şəmkir rayonunun Kür qəsəbəsində torpağa tapşırılıb.

Şəhid Vüsal Alıyev 2014-cü ildə əkiz qardaşı Vüqarla birlikdə həqiqi hərbi xidmətə çağırılıb. Hər iki qardaş bir yerdə hərbi qulluq keçib. Həqiqi hərbi xidmətin başa çatmasına bir neçə gün qalmış Vüsal şəhid olub.

Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdiyi dəfn mərasimində şəhid tabutunun büküldüyü üçrəngli bayraq atasına təqdim olunub. Əsgərlər yaylım atəşi açıblar.

19 yaşlı şəhid Altun Fərman oğlu Dəmirli isə anadan olduğu Şəmkir rayonunun Düyərli kəndində dəfn edilib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Altun Dəmirli 1997-ci ildə Düyərli kəndində anadan olub.

Rayon ictimaiyyətinin nümayəndələri böyük izdihamla şəhidi son mənzilə yola salıblar. Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdiyi dəfn mərasimində şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim olunub. Hərbçilər şəhidin xatirəsinə yaylım atəşi açıblar.

GORANBOY.
Azərbaycan Ordusunun şəhid giziri, 1995-ci il təvəllüdlü gizir Bəxtiyar Hüseynov anadan olduğu Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dəfn olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
İyunda hava necə olacaq?
31.05.2020
Azərbaycanda indiyədək 5494 nəfər koronavirusa yoluxub, 63 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ
31.05.2020
1 İyun Uşaqlar Gününə olan HAVA PROQNOZU
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub