Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

Niderlandda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası - VİDEO - FOTO

23:42  |    07 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Aprelin 7-də Ermənistanın Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Niderlandın "Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Bilefeld Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin Niderlandda yaşayan Azərbaycan və türk diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, aksiyaya uyğur, noqay və türkmən diasporunun nümayəndələri də qoşulub. Ümumilikdə, aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiyada Niderland Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və Azərbaycan diasporunun digər fəalları çıxış edərək son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pisləyib.

İştirakçılar, eyni zamanda qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.

Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər. Lakin diaspor fəalları çətinliklə də olsa bəyanatı səfirliyin poçt qutusuna atıblar. Aksiyanın sonunda iştirakçılar Ermənistan səfirliyinin önünə qara çələng qoyublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyada 5 mindən çox insan koronavirusdan ölüb - Sutkalıq STATİSTİKA
30.05.2020
Putin çətin durumda - Türk ordusu "vagnerləri" bu ölkədən qovdu
30.05.2020
Tramp baş qaldıran etirazlara görə şəhərə qoşun göndərməyə hazırlaşır
30.05.2020
Nikolun Əcəmoğluna uğursuz zəngi... - Darbinyan
30.05.2020
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi