Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

Sərkisyan Merkellə görüşdü: “Hərbi güc baxımından Azərbaycandan çox geridəyik“-VİDEO

16:17  |    07 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Ermənistan prezidenti Serj Sarkisyan Berlində Almaniyanın baş kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında ölkəsinin hərbi güc baxımından Azərbaycandan çox geridə olduğunu etiraf edib.

APA TV-nin məlumatına görə, jurnalistlərdən biri Serj Sarkisyana Rusiyanın Azərbaycana silah satması ilə bağlı sual verib. Ermənistan prezidenti deyib ki, bu acı faktdır.


“Rusiya bizim strateji müttəfiqimizdi. Biz eyni təhlükəsizlik sistemində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təmsil olunuruq. Təbii ki, tək Rusiya yox, bu strukturun digər ölkələrinin Azərbaycana silah satmasını üzüntü ilə qarşılayırıq. Bu gün Azərbaycan daha müasir silah növlərinə malikdir. Ermənistan isə əsasən 1980-ci illərin silahları ilə vuruşur”.

Almaniyanın baş kansleri Angela Merkel isə bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli böyük önəm daşıyır.

“Daha çox qanın axmaması və insanların həyatnı itirməməsi üçün hər şey edilməlidir. Bunun üçün qəbul edilən və daimi atəşkəsin əldə edilməsi istiqamətində səylər çox vacibdir. Döyüşlərin davam etdiyi müddətdə siyasi prosesə keçmək mümkün deyil”.

Angela Merkel onu da deyib ki, Azərbaycanla münaqişə üzündən Ermənistanın Türkiyə ilə münasibət qurması üçün şərait yoxdur.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyada 5 mindən çox insan koronavirusdan ölüb - Sutkalıq STATİSTİKA
30.05.2020
Putin çətin durumda - Türk ordusu "vagnerləri" bu ölkədən qovdu
30.05.2020
Tramp baş qaldıran etirazlara görə şəhərə qoşun göndərməyə hazırlaşır
30.05.2020
Nikolun Əcəmoğluna uğursuz zəngi... - Darbinyan
30.05.2020
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi