Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

PKK Qarabağa 400 terrorçu göndərdi -VİDEO

15:32  |    07 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Lent.az-ın Report-a istinadən verdiyi məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.

Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib.

Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.

Məlumata görə, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.

Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30.05.2020
“Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert