Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6711

Digər sorğular

QHT-lərdən Prezidentə və beynəlxalq təşkilatlara MÜRACİƏT

17:46  |    06 Aprel 2016  |   E-mail  |  Çapa göndər

"Xahiş edirik, torpaqların azad olunması istiqamətində işi davam etdirəsiniz".

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə cəbhədəki son vəziyyətlə bağlı QHT-lərin geniş toplantısı keçirilib.


APA-nın xəbərinə görə, toplantıda prezident İlham Əliyevə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinə müraciətlər qəbul olunub.

Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun apardığı əməliyyatlardan bəhs edilib, belə bir peşəkar ordunun formalaşması və ortaya qoyulan qətiyyətə görə ölkə prezidentinə təşəkkür olunub.



Müraciətdə qeyd edilib ki, əgər Ermənistan elan olunan atəşkəs dövründə nəticə çıxarıb, Azərbaycan torpaqlarını işğaldan azad etməsə, müvafiq addımlar atılmalıdır: “Ümid edirik ki, nəticə olacaq və torpaqlarımız azad ediləcək. Əks halda sizdən xahiş edirik ki, torpaqların azad olunması istiqamətində işi davam etdirəsiniz. QHT-lər bu yöndə sizin hər bir addımı dəstəkləyir”.

BMT baş katibi, ATƏT sədri, ATƏT Parlament Assambleyasının sədrinə,NATO baş katibinə, AŞPA prezidentinə, Avropa Parlamentinin sədrinə, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı heç bir təsirli addım atılmadığı vurğulanıb: “Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün mühüm addımlar atılmasını istəyirik”.



Tədbirdə o da bildirilib ki, ABŞ Konqresinin saytında Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı dəstək petisiyası açılacaq, QHT-lər həmin petisiyada fəal iştiraka dəvət olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
Milli Qəhrəman Eldar Məmmədovun şəhid olduğu gündür
24.02.2020
AzTV-dən Xocalı soyqırımı ilə bağlı yeni videoçarx
24.02.2020
Düşmənin diversiya cəhdinin qarşısı alındı - Bir əsgərimiz şəhid oldu, iki erməni...
24.02.2020
Düşmən atəşkəsi yenə pozub
22.02.2020
ABŞ-ın İrəvandan Qarabağ istəyi - Qəmbəryan "narazıdır"