Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

Avropalı ekspert: Dağlıq Qarabağ münaqişəsində status-kvo artıq saxlanıla bilməz

01:03  |    06 Aprel 2016  |   E-mail  |  Çapa göndər


"Tamamilə aydındır ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo artıq saxlanıla bilməz. Nəyisə dəyişmək lazımdır, həm də çox tez".

Qaziler.az bildirir ki, bunu Trend-ə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət çox ciddidir: "Hazırda təmas xətti çox hərbiləşdirilib. Hər iki tərəfdə ağır hərbi texnika, tanklar, təyyarələr, pilotsuz təyyarələr, çox sayda müasir hərbi texnika yığılıb ki, bu da vəziyyətin əvvəlkindən daha ciddi olduğunu bir daha göstərir".

Ekspert bildirib ki, hazırkı vəziyyət beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ və Rusiya tərəfindən diqqətli baxış tələb edir: "Təsir gücünə malik digər regional oyunçular da vəziyyətin nizamlanmasında iştirak edə bilərlər. Əgər münaqişə yenidən canlansa, bütün region bundan əziyyət çəkəcək, ona görə də məsələyə vahid yanaşma vacibdir".

Xanım A.Polun sözlərinə görə, Rusiya münaqişədən öz məqsədləri üçün istifadə edir ki, bu da həll yolunu tapmağa və ya regional təhlükəsizliyi təmin etməyə kömək etmir: "Rusiyaya münaqişənin saxlanması sərf edir, çünki bu, Moskvanın regionda öz təsirini genişləndirməyə imkan verir".

Ekspert vurğulayıb ki, status-kvonun saxlanması Azərbaycanı məyus edir, çünki işğal altında olan öz əraziləridir: "Ona görə də heç təəccüblü deyil ki, status-kvonun saxlanması ermənilər üçün daha əlverişlidir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.12.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
05.12.2019
27 illik YARA: Türk mediası Qarabağ danışıqlarından yazdı - VİDEO
05.12.2019
Bratislavada Qarabağ müzakirələri - başlamadan nəticəsiz qalan görüş
05.12.2019
Cəbhə xəttində pulemyotlar susmayıb
04.12.2019
Qarabağ üçün ilin akkord görüşü - nə dəyişəcək?