Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Şəhid əsgərimiz Şəmkirdə dəfn edilib

00:01  |    06 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Milli Ordumuzun 19 yaşlı döyüşçüsü Qasımov Nurlan Cəmil oğlunun üçrəngli bayrağa bürünmüş nəşi doğulduğu Şəmkir rayonunun Tatarlı kəndində torpağa tapşırılıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verib, şəhidin keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, qüdrətli Azərbaycan ordusu düşmənə hər an tutarlı cavab verməyə hazırdır. Vətən yolunda canından keçən qəhrəman Azərbaycan oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Şəhid əsgər yaylım atəşi altında kənd qəbiristanlığında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Cəmil Qasımova təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub