Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6697

Digər sorğular

Azərbaycan prezidenti: “Atəşkəs rejimi yenidən pozularsa, məsuliyyət Ermənistanın üzərində olacaq“

00:20  |    06 Aprel 2016  |   E-mail  |  Çapa göndər


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qaziler.az-ın məlumatına görə, Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, Rusiya Federasiyasının Prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.02.2020
Ermənilərin Qarabağdan imtina etdiyi şok SAZİŞ - (TARİX)
16.02.2020
Şəhid hərbi qulluqçumuz dəfn edilib - FOTO
16.02.2020
Şəhidimiz bu gün dəfn olunacaq
16.02.2020
Düşmən atəşkəsi snayperlərlə pozub
16.02.2020
Azərbaycan Prezidenti: “Nikol Paşinyan hərbi işğal faktını etiraf edib" - FOTO