Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Ermənilər meyitlərini belə daşıyırlar - VİDEO

16:33  |    05 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Cəbhədə gərginlik davam edir. Ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub. Azadlıq Radiosunun Erməsistan bürosu Ağdərədəki xəstəxanadan görüntülər yayıb.

Video kardlarda təcili yardım maşınlarının bir-birinin ardınca xəstəxanaya yaralı və meyit daşıdğı görünür. Erməni rəsmiləri onlarla itki verdiklərini etiraf etməsələr də, kadrlarda meyitlərin hətta hərbi maşınlarla belə xəstəxanaya daşındığı, hərbçilərin simasındakı qorxu açıq-aşkar görünür.

Ötən gün Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 5 könüllünün öldüyünü də etiraf edib.

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Ancaq aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib. Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
BQXK cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub