Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Pele “Samsung”u məhkəməyə verdi

14:44  |    30 Mart 2016  |   E-mail  |  Çapa göndər

Məşhur braziliyalı futbol xadimi Pele Cənubi Koreyanın “Samsung” şirkətinə qarşı 30 milyon dollarlıq iddia qaldırıb.

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb onun oxşarından “Samsung” reklamında istifadə edilməsidir. Pele bildirib ki, şirkət özünün televiziya reklamında ona çox oxşayan bir adamdan istifadə edir və həmin şəxs uçan topa onun fəndindən istifadə edərək zərbə vurur.


Pelenin adı reklamda çəkilmir. Ancaq onun vəkillərinin sözlərinə görə, şirkətin reklamda istifadə etdiyi insan keçmiş futbol ulduzuna o qədər çox oxşayır ki, potensial alıcılar arasında çaşqınlıq yaradır.

İddia ərizəsində qeyd edilir ki, bir neçə il öncə “Samsung” şirkəti Pelenin obrazından istifadə etmək üçün onunla danışıqlar aparıb. Lakin sonradan bu danışıqlara son qoyulub və Peledən heç bir razılıq alınmayıb.

İddia ABŞ-ın Çikaqo Federal Məhkəməsində qaldırılıb. “Samsung” hələlik bu barədə şərh verməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...