Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Sabiq nazir ailəsi ilə birlikdə təyyarə qəzasında öldü - YENİLƏNİB

14:16  |    30 Mart 2016  |   E-mail  |  Çapa göndər

Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer ailəsi ilə birlikdə kiçik mühərrikli təyyarənin Kvebek əyalətinin Madlen adalarında qəzaya uğraması nəticəsində ölüb. APA-nın CBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Lapyer, onun həyat yoldaşı və ailə üzvləri olublar. Onların hamısı Lapyerin atasının dəfn mərasiminə yollanırmışlar. Jan Lapyerin qəzanın baş verdiyi Madlen adalarında anadan olduğu bildirilir.

Monrealdan Madlen adalarına uçan “Mitsubishi MU-2B-60” tipli təyyarənin eniş edən zaman qəzaya uğraması ehtimal olunur. İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

Baş nazir Castin Trüdo faciə ilə əlaqədar başsağlığı bildirib: “Jan Lapyerin Madlen adalarında qəfil ölümündən sarsıldım. Bu siyasi ictimaiyyət üçün böyük itkidir”.


***** 03.43

Kanadada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. APA-nın CBC-ə istinadən verdiyi xəbərə görə, hadisə Kvebek əyalətinin Madlen adalarında baş verib.

Məlumata görə, təyyarənin göyərtəsində, ümumilikdə, 7 nəfər olub, onlardan 6 nəfəri hadisə yerində ölüb. İnsident nəticəsində bir nəfərin xilas olunduğu bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.

Qəzaya uğrayan təyyarə özəl mülkiyyətdə olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır