Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

ABŞ hərbçi ailələrini Türkiyədən təxliyyə edir

03:57  |    30 Mart 2016  |   E-mail  |  Çapa göndər


Komandan: "Türkiyə ilə yan-yana döyüşə hazır olmalıyıq".

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (SecDef) Türkiyədə xidmət edən bütün amerikalı əsgər ailələrini təhlükəsizlik səbəblərindən ölkəni tərk etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, nazirliyn Almaniyadakı mərkəzindən verilən açıqlamada bildirilir ki, SecDef ABŞ dövlət katibliyi ilə birlikdə Türkiyədə olan əsgər ailələriylə bağlı məsələni son vaxtlar xüsusilə diqqətdə saxlayır.

"İncirlik" hərbi hava bazası daxil olmaqla, Adana, İzmir və Muğladakı hərbi personal ailələrinin Türkiyəni tərk etmələri barədə qərar verilib. Bunun səbəbi bölgədə təhlükəsizliklə bağlı olan narahatlıqlardır", - açıqlamada bildirilir.

"SecDef"-in məlumatında hərbçi ailələrinin Türkiyəni birdəfəlik tərk etmədiyi də qeyd olunur.

"Ailələr Türkiyədən çıxarıldıqdan sonra ABŞ qüvvələri Türkiyədəki əməliyyatları effektiv şəkildə dəstəkləyəcək. Buna görə də hərbçi ailələrinə qarşı təhlükə riskləri artacaq. ABŞ və Türkiyənin İŞİD-ə qarşı mübarizəsi davam etdiriləcək", - SecDef bildirib.

NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav da məsələ ilə bağlı açıqlama verib.

Komandan bəyan edib ki, amerikalı ailələrin Türkiyədən çıxarılması barədə qərar rəsmi Ankara, ABŞ dövlət katibliyi və Müdafiə nazirliyi arasında aparılan müzakirələdən sonra qəbul edilib.

"Ailələrimiz və sivillərimiz təxliyyə olunacaq. Türkiyə ilə yan-yana döyüşə hazır olmalıyıq. Bunun üçün belə ailələrin, sivillərin təxliyyəsi barədə qərar verməyə məcburuq. Yoxsa onlar zərər görə bilər", - Bridlav bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türk qoşunları Suriyada irəliləməyə davam edir
21.11.2019
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
21.11.2019
Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlamalar
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək