Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

ABŞ hökuməti “Apple”a qarşı məhkəmə iddiasını geri götürdü

15:26  |    29 Mart 2016  |   E-mail  |  Çapa göndər

ABŞ Ədliyyə Nazirliyi terrorçuya məxsus smartfonun məlumatlarını təqdim etmək tələbi ilə “Apple” korporasiyasına qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hakimiyyət orqanları ötən ilin dekabrında San-Bernardino şəhərində terror törətmiş şəxsə məxsus smartfonu “sındırmağa” nail olduqlarını və “Apple”ın köməyinə ehtiyac qalmadığını bildiriblər. Bu səbəblə Kaliforniya məhkəməsində qaldırılmış iddia geri götürülüb. Ədliyyə Nazirliyinin mətbuat katibi Melani Nyuman deyib ki, hazırda Federal Təhqiqatlar Bürosu smartfondakı məlumatları öyrənir. “Apple” məsələni şərh etməyib.


Xatırladaq ki, “Apple” korporasiyası ötən ilin dekabrında San-Bernardino şəhərində terror törədən Səid Farukun “iPhone”undakı məlumatları Federal Təhqiqatlar Bürosuna (FBİ) təqdim etməkdən imtina edib. Şirkət dövlət orqanının sorğusunun özəl həyatın gizliliyinə, vətəndaş hüquq və azadlıqlarına zidd olduğunu və bu tələbi yerinə yetirməyəcəyini bildirib. Buna cavab olaraq ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək şirkət haqqında məcburedici qərar çıxarılmasını istəyib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Kaliforniyanın San-Bernardino şəhərində məhdud imkanlı şəxslərin qaldığı mərkəzə terror hücumu zamanı 14 nəfər öldürülüb, 17 nəfər yaralanıb. Terror hücumunda Səid Rizvan Faruk və Taşfen Malik adlı 2 şəxs iştirak edib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Süvari əsgər paradda atdan yıxıldı - VIDEO
22.11.2019
Bu ölkədə bahalı dərmanlar kreditlə satılacaq
22.11.2019
Ermənistanda yol qəzası: bir hərbçi ölüb, 4 nəfər yaralanıb
22.11.2019
ABŞ senatorundan ermənilərə şok: Qətnamə...
22.11.2019
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”