Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Qədim Palmiranın ən məşhur abidələri dağıdılıb -FOTOLAR

14:23  |    29 Mart 2016  |   E-mail  |  Çapa göndər

Suriyada qədim Palmira şəhərinin ən məşhur abidələri dağıdılıb və yaxud ciddi zədələnib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya muzeylər baş direktoratının rəhbəri Mamun Əbdülkərim bəyan edib.

“Palmiranın rəmzləri olan Bel məbədi (I əsr) və Baalşamin (II əsr) məbədi, Zəfər tağı, “Allat şiri” heykəli və bir sıra məqbərələr dağıdılıb. Bununla belə Roma imperiyası dövründə inşa edilən teatr, bir çox büstlər toxunulmaz qalıb. Bir çox alimlər düşünürdülər ki, terrorçular onları “qara bazara” çıxararaq satacaqlar”, deyə M. Əbdülkərim bildirib.



Yaxın zamanlarda Suriya mədəniyyət nazirliyi Palmiraya mütəxəssis qrupu göndərəcək. Onlar qədim abidələrin hazırkı durumunu qiymətləndirəcəklər.



Qeyd edək ki, Palmir – qədim İpək Yolunun əsas məntəqələrindən biri olub, onun çiçəklənmə tarixi I-III əsrlərə təsadüf edib. Şəhər UNESKO Ümumdünya irsi siyahısına daxil edilib. Bu günlərdə Suriya ordusu Palmira şəhərini İŞİD-dən azad edib.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi
05.07.2020
İş adamı koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - VİDEO
05.07.2020
Krımı ilhaq edənləri bağışlamayacağıq - Zelenski
05.07.2020
Koronovirusun ikinci dalğası noyabr-dekabr aylarında başlanacaq? - EHTİMAL
05.07.2020
Türkiyə bizə meydan oxuyur - Afina