Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6790

Digər sorğular

İŞİD hədələdi: “Brüssel hücumları hələ başlanğıcdır“-VİDEO

18:36  |    28 Mart 2016  |   E-mail  |  Çapa göndər

Belçikanın paytaxtı Brüsseldə törədilən qanlı terror hadisələrinin ardınca İŞİD növbəti dəfə Avropa ölkələrini təhdid edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir gün əvvəl İŞİD təhdid dolu növbəti videomaterial yayıb.

Görüntülərdə əslən Belçikadan olan terrorçu paytaxt Brüsseldə törədilən partlayışların İŞİD qruplaşması tərəfindən həyata keçirildiyini bildirərək, qruplaşmaya qarşı hərbi əməliyyatların davam edəcəyi təqdirdə, daha genişmiqyaslı terror hücumları törədiləcəyini açıqlayıb.

Videonun ikinci hissəsində isə İŞİD-in Hollandiya əsilli üzvü Hiçam Çaib Belçika başda olmaqla, bütün Avropa ölkələrindən qruplaşmaya qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib. Bu arada, ABŞ-ın Daxili Təhlükəsizlik Komitəsi hesabatında son dövrlər dünyanın bir çox nöqtəsindən İŞİD üzvü olmaq istəyənlərin sayında artım olduğunu, hazırda qruplaşmada 120 ölkədən 38 min 200 nəfər üzvün olduğunu qeyd edib.

Hesabata əsasən Qərb ölkələrindən olan İŞİD üzvlərinin sayı isə 6 min 900 nəfər təşkil edir. Sözü gedən sənəddə təkcə 4 Avropa ölkəsindən olan İŞİD-çilərin sayının 3 min 800 nəfər olduğu göstərilib. Ölkələr üzrə statistikaya əsasən Fransadan 800, İngiltərə və Almaniyadan ümumilikdə 760, Belçikadan isə son dövrlərdə 470 nəfər İŞİD sıralarına qoşulub. Onların ümumi yaş həddi isə 20-dən aşağıdır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.04.2020
Türkiyədə vətəndaşlara pulsuz maska paylanacaq
06.04.2020
Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildi
06.04.2020
Koronavirusa yoluxan həkim intihar etdi
05.04.2020
Dünyada koronavirus qurbanlarının sayı 62 mini ötdü
05.04.2020
Bu ölkədə koronavirusdan qorunmaq üçün pulları ütüləyirlər