Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Rusiya İranı aldatdı - Türkiyə qalib oldu

16:56  |    28 Mart 2016  |   E-mail  |  Çapa göndər

Biz Rusiyanın Suriyada və istədiyi hər yerdə İranı aldatdığını gördük.

Axar.az xəbər verir ki, bu sözləri İranın BMT-dəki keçmiş daimi nümayəndəsi Əli Hürrəm deyib.

Hökumətə yaxınlığı ilə tanınan ASRİRAN agentliyinə müsahibə verən Hürrəm Rusiyanın Yaxın Şərqdə ikili siyasət yürütdüyünü deyib:

“Rusiya İranı və Bəşər Əsədi bir müddət dəstəklədi. Sonra qüvvələrini geri çəkib atəşkəs elan etdi. Rusiya bölgədə güclənən İranın rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə Moskvanın bu əməyindən son dərəcə məmnundur. Rusiyanın bu addımı (geri çəkilməsi - red.) və digər ölkələrin təşəbbüsü ilə İranın strategiyası nəticəsiz qaldı. Onların (Türkiyə və Ərəbistan) Suriya oyununun qalibləri olduğunu söyləyə bilərik”.

Keçmiş diplomat Rusiya və Çinin ABŞ ilə əlaqə qurmağa can atdığını iddia edib:

“Biz Rusiyanın Suriyada və istədiyi hər yerdə İranı aldatdığını gördük. Əgər İranın dünyadakı güclü ölkələrin hamısı ilə əlaqəsi olsa, nə Çin, nə Rusiya, nə də Avropa İranı aldada bilər. Rusiya Suriyada baş verən hadisələrin fonunda ABŞ ilə əlaqələrini yaxşılaşdıraraq Ukraynada yaşadığı problemləri həll edir. Rusiya indi ABŞ-la bazarlıq edir”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12.07.2020
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
11.07.2020
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11.07.2020
ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır — “Həqiqəti gizlədirlər”
11.07.2020
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb - Hindistanda