Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6716

Digər sorğular

İlhamə Quliyevanın qızılları Beynəlxalq Banka aparıldı - VƏKİL

19:54  |    17 Mart 2016  |   E-mail  |  Çapa göndər

Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya məxsus qızıl-zinət əşyaları dövlət tərəfindən Beynəlxalq Bankda qorunur.

QAZİLER.AZ-ın azvews.az-a istinadən verdiyi məlumata görə, bu barədə mərhumun vəkili Habil Vəliyev xəbər verib. O bildirib ki, qızıl zinət əşyaları bir neçə gün öncə Bakı Şəhər Baş Prokurorluğunun istintaqçıları tərəfindən Beynəlxalq Banka aparılıb: “Bundan əlavə, İlhamə xanıma məxsus olan mənzillərin açarı hüquq-mühafizə orqanları tərəfindən oğlu Orxan Nadirova həvalə edilib. Bildirilib ki, İlhamə xanımın yas mərasimlərini, cümə axşamlarını Orxan Nadirov mərhumun öz evində verə bilər”.

Vəkilin sözlərinə görə, yaxın günlərdə İlhamə Quliyevanın bütün mirasının Orxan Nadirov və onun oğlu Ruslan Nadirova məxsus olması sübuta yetiriləcək: “Mən bunu qanuna söykənib deyirəm. Qoy bilsinlər ki, miras üstündə dava getmir. Qohumlar arasında münasibətlər də normaldır”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Sui-qəsddən qurtulub, sevgidən ölən İsmayılın sirri – Şəhid ziyalı
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”