Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Nizami Gəncəvi Cenevrədə

18:41  |    13 Mart 2015  |   E-mail  |  Çapa göndər

İsveçrənin Cenevrə şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Nizami Gəncəvi Etik Simpoziumu”nda dahi şairin irsini araşdıran tədqiqatçılar iştirak edib.

Oksford, Kembric, Kəşmir, Orizona, Leyden, Merilend və Amsterdam universitetlərinin alimləri Nizami Gəncəvinin dünya mədəniyyətinin inkişafında rolu, şairin yaradıcılığının fəlsəfi əsasları ilə bağlı müzakirələr aparıb. Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirib və dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıblar. Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb.

Nizami Gəncəvi irsinin daim aktual olduğunu qeyd edən alimlər onun əsərlərindəki bəşəri ideyaların daha dərindən öyrənilməsi və daha geniş təbliğinin əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar Nizami Gəncəvi irsinin bəşəriyyət üçün rolunun araşdırılması, xüsusilə də şairin yaradıcılığında etik prinsiplərin yenidən öyrənilməsinin vacib olduğunu qeyd ediblər.

Simpozium iştirakçıları Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin təqdim olunması istiqamətində dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətini də yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Nizami Gəncəvi Etik Simpoziumu” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfindən təşkil olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür
15.09.2019
Üç qadının sevdiyi rejissor...