Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Novruz bayramı maraqlı tamaşalarla yadda qalacaq... -FOTOLAR

18:47  |    16 Mart 2016  |   E-mail  |  Çapa göndər

Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Bu bahar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni, maraqlı səhnə əsəri, balaca tamaşaçılarımıza isə əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.

Məşqlərinə ötən ay başlanılan Rus xalq nağılı “Turpun nağılı”nın motivləri əsasında səhnələşdirilmiş “Möcüzəli turpun nağılı” tamaşası Novruz bayramı ərəfəsində və bayram günlərində azyaşlı dostlarımıza xoş anlar yaşadacaq.



Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, premyerası mart ayının 18-də saat 12.00 və 14.00-da olacaq yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Tamaşada Əməkdar Artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər.



Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü də qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən – 25-dək “Tamaşaların paradı” adı ilə maraqlı repertuar tərtib edilib.



Bayram günlərində balaca dostlarımız “Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin “Tıq-tıq xanım”, P.Nurəliyevanın “Dəcəl keçi”, Xalq nağılı “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.



Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.



Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik. Tamaşalar mart ayının 18-dən – 25-dək davam edəcək.



Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “Asan” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”
03.11.2019
Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTO