Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Xalça Muzeyində “Bahar ilmələri” adlı tədbir keçiriləcək

16:43  |    14 Mart 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xalça Muzeyinin Mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardanbiridir. Xalqımız da qədimdən yazın gəlişinə 4 həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edib, tonqal yandırıblar. İnancımıza görə tonqal üzərindən atlanarkən "Ağırlığım-uğurluğumodda yansın "demək dərd-bəlaların köhnə ilə qoyub yeni ili sağlam və yeni güclə qarşılanmasına işarədir. Səməni xonçaları bəzəmək, papaq atmaq, yumurta döyüşdürmək, qonaq getmək, bayramlaşmaq da Novruz adətlərinin bir ünsürüdür.
Bu bayram uşaqlar arasında xüsusilə sevinclə qarşılanır.Günəş, buta, səməni, tonqal və bayramın digər atributlarını uşaqlar sevə-sevə ifa edir, əylənirlər.Bunu nəzərə alan Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsimilli bayramımız Novruzun gəlişinə xüsusi hazırlaşıb.


Martın 15-də təqdim olunan “Bahar ilmələri” adlı bayram tədbirində Avropa liseyinin rəqs kollektivinin ifasında “Yallı”, “Bayram” suitası, Azərbaycan ritmləri rəqs kollektivinin uşaqları tərəfindən “Uzun dərə”, “Üzüm” rəqsi, “Bayram suitası” rəqs çıxışları olacaqdır. Azərbaycan Kukla Teatrının “Oyuq” studiyasının vokal qrupunun ifasında kompozisiya nümayiş olunacaqdır. “Mehriban vokal və rəqs” qrupu üzvləri “Nuş olsun”, Popuri “Almanı atdım xarala”,popuri “Bakı əziz şəhər” “Anam mehribanım Azərbaycan”, “Novruz gəlir, yaz gəlir”, “Tello”, “Habbo- Hana”, “Bənövşə”, “Yaşa Azərbaycan”, “Qurban olum Azərbaycan” mahnıları və “Səməni”, “Tıq- tıq xanım”, “Çobanlar”, “Bayram”, “Odlar Yurdu” kompozisiya rəqsləri ilə çıxış edəcəklər.
Uşaqları əyləndirmək məqsədi ilə “Can bala” qrupunun ifasında popuri mahnıları ifa olunacaq, Uşaq Muzeyi şöbəsinin əməkdaşlarının iştirakı ilə xalq deyimləri “Haxışta”, adət ənənələrimizin səhnəcik halında nümayişi (xına ilə uşaqların əllərinə ornamentlərin çəkilməsi, üzük falı, S hərfi ilə 7 nemətlərin düzülməsi), həmçinin şöbənin rəsm dərnəyi üzvlərinin “Bahar ilmələri” rəsm sərgisi nümayiş ediləcəkdir.Eyni zamanda tədbirdə muzeyin Uşaq teatrının “Tık-tık xanım” tamaşası da təqdim olunacaq.

Sonda şöbənin əməkdaşları tərəfindən “Novruznaxışları” adlı “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunmuş rəngləmə vərəqləri) və “Face-art” (Novruzun atributlarının əl və üzə çəkilməsi) xidməti göstəriləcək.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”
03.11.2019
Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTO