Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

“Azəryol” yarımfinal da uduzdu

02:24  |    13 Mart 2016  |   E-mail  |  Çapa göndər

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Bakının “Azəryol” klubu Krasnodar “Dinamo”sunu qəbul edib.

Görüş şimal qonşularımızın qələbəsi ilə başa çatıb. Ziya Rəcəbovun yetirmələri səfərdəki məğlubiyyətin əvəzini çıxıb, cütün taleyini “Qızıl set”ə daşımaq istəsələr də, alınmayıb.


Belə ki, qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb və onlar birinci seti 8 top irəlidə bitiriblər. İkinci hissəyə də CEV kubokunun qalibi fəal başlayıb. Lakin “Azəryol” setdə öz oyununu tapıb. İlk texniki fasiləyə 4 top geridə çıxan komandamız ardıcıl 5 dəqiq zərbə ilə hesabda önə çıxıb - 9:8. Amma görüşün taleyini əsas vaxtda həll etmək istəyində olan “Dinamo” növbəti dəfə fərqi artırıb – 16:11. Buna baxmayaraq, Ziya Rəcəbovun taktiki gedişləri və əvəzləmələri rəqibi çətin vəziyyətə salıb. “Azəryol” hissənin sonunda inamlı oyun sayəsində hesabı bərabərləşdirib (23:23) və hətta önə də keçib – 24:23. Lakin bu mövsüm hələ məğlub olmayan Krasnodar təmsilçisi səhvsiz oynayaraq, yekunda sevinən tərəf olub – 27:25.

Bu setdə məğlubiyyət “Azəryol”un finala gedən yolunu bağlayıb və ruhdan düşən voleybolçular öz oyunlarını göstərə bilməyiblər. Nəticədə “Dinamo” 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, ilin sürpriz komandası “Azəryol”un da mübarizəni dayandırması ilə klublarımız üçün avrokubokların 2015/2016 mövsümü başa çatıb. “Yolçəkənlər”in bu mərhələyə qədər gəlməsi isə onların uğurudu. Çünki mövsümün gedişində gənc məşqçi ilə perspektivli voleybolçuların finalın bir addımlığına kimi irəliləyəcəyi proqnozlaşdırılmırdı.

12 mart
CEV kuboku
Yarımfinal, cavab oyunu

“Azəryol” (Azərbaycan) - “Dinamo” (Krasnodar, Rusiya) - 0:3 (17:25; 25:27; 17:25)

Hakimlər: David Qril (Sloveniya), Jenek Qrabovski (Çexiya)
Bakı, “Azərreyl” İdman Bazası

İlk oyun: “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:23)

Qeyd edək ki, digər yarımfinal cütlüyündə Almaniyada “Şveriner”ə 3:0 hesabı ilə qalib gələn “Qalatasaray” Türkiyədə rəqibini qəbul edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı