Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Xalça Muzeyində forum

20:06  |    12 Mart 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xalça Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə,
Xalça Muzeyində “Psixo- sosial reabilitasiyanın inkişafına dəstək” mövzusunda ilk ümumrespublika forumu keçirilib.

Martın 11-də Azərbaycan Xalça Muzeyi və Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının birgə təşkilatçılığı ilə “Psixo- sosial reabilitasiyanın inkişafına dəstək” mövzusunda ilk ümumrespublika forumu keçirilib.


Tədbirdə Mədəniyyət və Turizm nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikova, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov və Respublikanın baş psixiatrı, professor Gəray Gəraybəyli “Psixo- sosial reabilitasiyanın inkişafına dəstək” mövzusunda çıxışlar edərək, forumun cəmiyyətimiz üçün çox faydalı olacağını vurğulayıblar.



Forumun keçirilməsində məqsəd psixi məhdud imkanlı insanların istedad və qabiliyyətini üzə çıxarmaq, onları cəmiyyətə qazandırmaq, özlərinə inam hissi yaratmaq və eyni zamanda hər hansı bir peşəyə yiyələnməsinə vəsilə olmaqdır. Forum qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün təlimlər, kurslar, konsultasiyalar, seminarlar, müsabiqə və sərgilər gerçəkləşdirir. Azərbaycan Xalça Muzeyində “Biz hamı kimi” şüarı altında keçirilən tədbir də bu amala xidmət edir və forumda bölgələrdə yerləşən psixiatriya xəstəxanalarının üzvlərinin əl işlərindən ibarət sərgi və konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında 2012-ci ildən psixoreabilitasiya şöbəsi yaradılıb və 50-dən çox üzvü var. Şöbədə Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri: xalçaçılıq, qobelen, toxuma, bədii tikmə, şüşə, oyma, dulusçuluq və s. dərnəklər fəaliyyət göstərir. Xəstəxananın üzvləri dərnəklərdə iştirak etməklə yanaşı bir-birləri ilə ünsiyyətə girir, səmimi söhbət edir, gələcəyə planlar qururlar. Onlar dəfələrlə müxtəlif sərgilərdə, festivallarda iştirak ediblər. Daha sonra Azərbaycan xalçaları festivalı, “Bəzək” yaradıcı insanlar birliyinin, Beynəlxalq Qadınlar Klubunun təşkil etdikləri sərgilər, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə psixi xəstəlikdən əziyyət çəkən insanların rəsm əsərlərinin sərgisi və s. silsilə tədbirlərdə iştirak ediblər.
Fuad Rəsul
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.09.2019
Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan
14.09.2019
Azərbaycanın Xalq rəssamı vəfat edib
10.09.2019
Sami Yusifdən misilsiz ifa: Nəsiminin “Sığmazam” qəzəli... - VİDEO
09.09.2019
"Kurtlar Vadisi" geri qayıdır
06.09.2019
"Şah Qacar" "AzDrama"da