Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

ABŞ-da qondarma “DQR“in tanınmasının qarşısı alınıb

14:12  |    12 Mart 2016  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, 2016-cı ilin 10 mart tarixində Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, ştat Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “DQR”-i “müstəqil dövlət” kimi tanıyacaq, onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlamış, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.

Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
Azərbaycan əhalisinin sayı açıqlanıb
19.11.2019
“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli
19.11.2019
Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ
19.11.2019
Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir