Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Ölkəmizdə yay-qış vaxtına keçid məsələsi müzakirə olunub

22:49  |    11 Mart 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Qaziler.az bildirir ki, AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışıb. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Avropanın əksər ölkəsində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir. Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alim Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu dilə gətirib.

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını deyib. Bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğulayıb.

Çoğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirib. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkib.

Fizika İnstitutunun baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov da mövzu ilə əlaqədar fikirlərini bölüşərək, ölkədə cari vaxtın saxlanılmasının tərəfdarı olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

Yer Elmləri Bölmələri akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, Azərbaycanda çox sayda monitorinq sistemləri var ki, bu sistemlər qrinviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A. Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
Azərbaycan əhalisinin sayı açıqlanıb
19.11.2019
“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli
19.11.2019
Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ
19.11.2019
Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir