Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etdi

18:19  |    11 Mart 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcovun Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılıb və qərar qanunsuz hesab edilərək vəkilin şikayəti təmin edilib.

Xatırladaq ki, C.Hacıyev Baş Prokurorluğun qərarı əsasında istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyevin vəkili A.Layıcov isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Atəşkəs yenə pozulub
04.07.2020
Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - VİDEO
04.07.2020
Həkimdən sərt sözlər: Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm
04.07.2020
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ
04.07.2020
Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“