Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Paytaxtdakı səliqəsiz və nəzarətsiz reklamlar - VİDEO

03:58  |    11 Mart 2016  |   E-mail  |  Çapa göndər


Paytaxtın müxtəlif ərazilərində yerləşən köhnə yaşayış binalarında bloklara reklam kağızları yapışdırılır.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, oradakı mətnlər müxtəlif məzmundadır və plansız şəkildə yapışdırılıb. Bu isə həmin reklamların yapışdırılmasına nəzarətin hansı səviyyədə olmasını aktuallaşdırır.

Eləcə də blokun divarlarında müxtəlif məzmunda səliqəsiz yapışdırılmış elanlar var.

Bənzər hal paytaxtın müxtəlif yerlərində, əsasən köhnə yaşayış binalarında hökm sürür. Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən yaşayış binasında olduğu kimi.

Sakinlər reklam kağızlarının necə gəldi vurulmasından narazıdırlar.

Bu mənzərə bloklarda elanların yapışdırılmasına nəzarət məsələsini və buna görə məsuliyyəti gündəmə gətirir. Qanunvericiliyə görə, elanlar yapışdırılarkən icra hakimiyəti orqanından icazə alınmalıdır.

İcazə olmadan reklamların vurulmasına görə fiziki şəxslərə 50-100 manat, vəzifəli şəxslərə 250-350 manat, hüquqi şəxslərə isə 1500-2000 manat cərimə tətbiq edilməlidir. Elanların qanunsuz yapışdırılmasına mənzil istismar sahələri nəzarət etməlidirlər. Görünən odur ki, nəzarət istənilən səviyyədə deyil.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi