Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

“TURAZ Şahini-2016“ təlimlərinin açılış brifinqi keçirilib

20:57  |    10 Mart 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib.

QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, brifinqdə çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayıb.


O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.

Sonra "TURAZ Şahini-2016" təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb.
Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin palanlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.

Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb.
Təlimlər davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Millət vəkili koronavirusdan dünyasını dəyişən həkimin ailəsindən yazdı
06.07.2020
Prezident İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"
06.07.2020
İlham Əliyev: “Xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaq”
06.07.2020
Prezident və xanımı Xətai rayonunda modul tipli hospitalın açılışında - YENİLƏNİB - FOTO/VİDEO
06.07.2020
“Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib” - Ekspert