Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

İki güləşçimiz Avropa çempionatının yarımfinalda

19:35  |    10 Mart 2016  |   E-mail  |  Çapa göndər

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, empionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

Qadın güləşçilərimizdən Alyona Kolesnik, kişi təmsilçilərimizdən isə Hacı Əliyev və Cəbrayıl Həsənov mübarizəyə qoşulacaq.

55 kq

Qadınlar

Mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Alyona Kolesnik rumıniyalı Simona Prikobla qarşılaşıb. Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:6.


61 kq

Kişilər

İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, litvalı Şarinas Yurkisə 11:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. H.Əliyev bu mərhələdə bolqarıstanlı Vladimir Dubovu da eyni hesabla məğlub edərək yarımfinala adlayıb. Güləşçimiz finala gedən yolda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq.

74 kq

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Yakob Maxaraşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Ukrayna təmsilçisi Giya Çixladzeni məğlub edən Həsənov yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Miroslav Kirovla güləşəcək.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı