Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

19:00  |    10 Mart 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib.


Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirilib və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulanıb.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirilib. Diqqətə çatdırılıb ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb - Ona etiraz bildirildi
15.07.2020
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO
15.07.2020
Dövlət Komitəsi bir qrup məcburi köçkünün şikayətinə münasibət bildirib
15.07.2020
İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi - FOTO
15.07.2020
Sabahın HAVA PROQNOZU