Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

“Qondarma rejim kriminal mahiyyətini nümayiş etdirir” - XİN

16:51  |    10 Mart 2016  |   E-mail  |  Çapa göndər

XİN: Azərbaycan dünya dövlətlərini Dağlıq Qarabağın turizm məntəqəsi kimi təşviqinə imkan verməməyə çağırır

“2009-cu ildə rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “ITB Berlin” turizm sərgisində iştirakı üçün təxribatçı cəhd göstərib və bunun qarşısı alınıb”.


Bunu APA-ya açıqlamasında 9-13 mart tarixlərində Berlində keçirilən “ITB Berlin” beynəlxalq turizm sərgisində qondarma Xankəndi rejimin iştirakı məsələsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin ildən etibarən Azərbaycanın Almaniyadakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində “ITB Berlin” turizm sərgisində qondarma rejimin ayrıca pavilyonla iştirakının qarşısı effektiv şəkildə alınır: “Bu il “ITB Berlin” turizm sərgisinin təşkilat komitəsini aldadaraq, başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb. Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir”.

H. Hacıyev bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq, bu stendin ləğvi üçün tədbirlər görür: “Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir. Azərbaycan 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 99-cu sessiyasında ÜTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq, turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması kimi narahatlıq doğuran halları gündəmə gətirib. Bu kimi əməllərin ÜTT və BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd edilib”.

H. Hacıyev bildirib ki, Turizmə dair Qlobal Etik Məcəlləyə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur: “Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirib. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilib. ÜTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq, Azərbaycan tərəfi bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO