Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Qənirə Paşayeva Turan Dərnəyində Qarabağla bağlı konfrans verib

16:15  |    10 Mart 2016  |   E-mail  |  Çapa göndər

Millət vəkili Qənirə Paşayeva Turan Dərnəyində türk dünyasının hər tərəfindən gəlmiş gənclərə Qarabağla bağlı konfrans verib. Lent.az-ın məlumatına görə, Qarabağ problemi və qondarma erməni soyqırımı iddiaları ilə bağlı çıxış edən millət vəkili türk soylu bütün gənclərimizi türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən danışıb.


Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışıb.

Türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

“İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Dünyanın müxtəlif bölgələrində bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Azərbaycanda Qarabağda, Xocalıda, Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram”- deyərək Q. Paşayeva çıxışını bitirib.

Millət vəkili tədbirin sonunda tədbir iştirakçılarına İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabını imzalayaraq hədiyyə edib. Tədbir iştirakçılarına Qarabağ həqiqətləri ilə bağlı Mətanət A şirkətinin dəstəyi ilə hazırlanmış müxtəlif materiallar da hədiyyə olunub və millət vəkili Q. Paşayeva Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş gənclərin suallarını da geniş cavablandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO