Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Zakir Həsənov NATO generalı ilə görüşdü

21:15  |    09 Mart 2016  |   E-mail  |  Çapa göndər

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Müdafiə Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri işğalçı Ermənistanın bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid olduğunu, məhz bu səbəbdən də ölkəmizin müdafiə resurslarının əksər hissəsinin düşmən tərəfinin təcavüzkar siyasətinin qarşısının alınmasına yönəldiyini diqqətə çatdırıb.

Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan general-polkovnik Z.Həsənov Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyinin Avratlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirdiyini, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən general M.Zuliani Əfqanıstandakı əməliyyatlar çərçivəsində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, Əməliyyat İmkanları Konsepsiyası proqramında fəal iştirak etdiyinə, Transformasiya Komandanlığı Qərargahında təmsilçiliyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar daxilində əməliyyat, təlim, treninq, hərbi təhsil, təcrübə mübadiləsi və digər sahələr üzrə tərəfdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı