Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Bakıda batut gimnastikası üzrə FIG Dünya Kubokunun finalları start götürüb -FOTO

16:49  |    06 Mart 2016  |   E-mail  |  Çapa göndər


Bu gün martın 5-də Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci yarış günü start götürüb.

Bu gün kişilər və qadınıar arasında fərdi və sinxron çıxışlarda finallar keçiriləcək.

Azərbaycandan kişilər arasında Ruslan Ağamirov və Dmitri Fedorovski dueti sinxron tullanmada medallar uğrunda mübarizə aparacaq. Finalda qadınlar arasında sinxron çıxışlarda Azərbaycanı Svetlana Makştarova və Səbinə Zaytseva təmsil edəcəklər. S. Makştarova, həmçinin fərdi çıxışlarda medal qazanmağa çalışacaq.

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı