Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Ərdoğan “Qalatasaray”ın müdafiəsinə qalxdı

20:39  |    04 Mart 2016  |   E-mail  |  Çapa göndər


"UEFA niyə “Qalatasaray”ı cəzalandırır? Cəza bu məsələdə günahı olan klub rəsmilərinə verilməlidi. “Qalatasaray”ın 20-25 milyon azarkeşi var. Əgər klubu cəzalandırırsansa, deməli, onun azarkeşlərini də cəzalandırırsan".

Qaziler.az Oxu.az-a istinadən bildirir ki, “Hurriyet” qəzetinin yazdığına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın “Qalatasaray”ı Avrokuboklardan 1 illik uzaqlaşdırmasına münasibət bildirərkən deyib.

Onun fikrincə, İstanbul klubundakı cavabdeh şəxslər cəzalandırılsaydı, daha doğru olardı.

“Mən baş nazir olanda UEFA prezidenti Mişel Platini, həmçinin daha sonra FİFA prezidenti olacaq Canni İnfantino Avropa çempionatı ilə əlaqədar İstanbula gəlmişdilər.

Onlarla həmin vaxt danışanda da hüquqi şəxslərin cəzalandırılmasının hüquqa təhqir olduğunu bildirmişdim.

Belə hüquq olmaz. Demişdim ki, əgər cəza verirsizsə, həmin klubların prezidentlərinə və ya günahı olan digər rəsmilərinə verməlisiz.

Platini isə mənə “Bu, həmişə belə olub, bundan sonra da dəyişməz” demişdi. Bu iş belə getməz. Yanlış məntiq, yanlış anlayışdı.

Ümid edirəm ki, bunlar nəzərə alınar və həqiqətən, günahı olanlar cəzalandırılar, hüquqi şəxslər isə cəzalandırılmaz”, - deyə Ərdoğan bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı