Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

“Barselona” daha bir rekordu yeniləyib

14:43  |    04 Mart 2016  |   E-mail  |  Çapa göndər


“Barselona” İspaniya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib.

Qaziler.az bildirir ki, Apasport.az saytının məlumatına görə, Luis Enrikenin yetirmələri Primeranın növbəti oyununda “Rayo Vallekano”nu 5:1 hesabı ilə məğlub edib.

Bununla, kataloniyalıların yenilgisiz matçlar seriyası 35-ə çatıb. Barselonanın eyniadlı təmsilçisi 1929-cu ildən keçirilən ölkə çempionatlarının 87 illik tarixində mütləq rekorda imza atıb.

Ötən tur “Real”ın 27 il əvvəlki rekordunu təkrarlayan Enrikenin komandası artıq “Kral klubu”nu arxada qoyub. Paytaxt təmsilçisi 1989-cu ildə Leo Beenhakkerin rəhbərliyi altında 34 tur uduzmamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdu. 28 matç uduzmayan Gəncə klubu ilə fərqi 7-yə çatdıran “Barselona” dünya rekordundan hələ çox uzaqdı. Fil Dişi Sahilində ardıcıl 108 qarşılaşmada uduzmayan ASEK (Əbican) klubunun 1989-94-cü illərdəki rekordu əlçatmaz görünür. Avropa rekordu isə 104 oyun uduzmayan “Styaua”ya məxsusdu. Buxarestlilər 1986-89-cu illərdə Rumıniyada yenilməz olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı