Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“Tiflisdə müsəlmanların haqqı pozulur” - Yepiskop

18:27  |    03 Mart 2016  |   E-mail  |  Çapa göndər

Adigeni bölgəsində müsəlmanlarla xristianlar arasında baş verənlər vicdansızlıqdır.

Axar.az xəbər verir ki, bunu ictimaiyyətə müraciətində Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili söyləyib. Onun sözlərinə görə, Gürcüstanda müsəlmanların vicdan azadlığı tanınmalıdır:


“Son günlər Gürcüstanda xristianlarla müsəlmanlar arasında konfliktlər tez-tez yaşanır. Bu göstərir ki, ölkədəki müxtəlif dini nümayəndələr arasındakı münasibətlər hələ də ölkə üçün əsas problem olaraq qalır. Bu cür hallar Gürcüstan dövlətinə zərər vurur və ölkədəki demokratik prosesləri zədələyir. Xristianlıqdan və ya Məsihin adından istifadə edərək başqasının təqib edilməsi, fiziki təhqir olunması xristianlığa əks getmək deməkdir. Allah müsəlmanlar və xristianlar üçün birdir. Hökumət xüsusilə müsəlman azlığa vicdan azadlığı verməlidir. Siyasi iradənin göstərilməsi dərhal bütün problemləri həll edəcək”.

Qeyd edək ki, bir müddət öncə Adıgeni vilayətində müsəlmanlarla xristianlar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya əsas səbəb müsəlmanların ayrıca qəbiristanlıq istəməsi olub. Vilayət rəhbərliyi müsəlmanların bu istəyini qanuni hesab etsə və onlara ayrıca yer ayırsa da, bu, xristianların etirazına səbəb olub. Nəticədə müsəlmanlara hücum edilib və 3 müsəlman xəsarət alıb.

Adıgeni vilayətində hazırda əhalinin böyük bir hissəsini gürcülər və ruslar təşkil edir. Vilayətin 3%-i müsəlman türklərdən ibarətdir. 1944-cü ilə qədər bu vilayətdə əhalinin 98%-i müsəlman olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib