Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Əlillərə 4500-dən çox reabilitasiya vasitəsi verilib

15:40  |    03 Mart 2016  |   E-mail  |  Çapa göndər

Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə 4500-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.


ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən qeyd olunan şəxslərə 144 ədəd aşağı ətraf və 28 ədəd yuxarı ətraf protezi, 204 ədəd aşağı ətraf ortezi, 131 ədəd bel nahiyəsi üçün korset, 100 ədəd dörd ayaqlı dayaq vasitəsi, 228 cüt dirsəkaltı ağac, 336 ədəd əsa, 473 cüt protez ayaqqabı, 112 qoltuqaltı ağac, 706 cüt ortopedik ayaqqabı və s. verilib.

Bundan başqa, qeyd olunan dövrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 73 ədəd əlil arabası, 113 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 1270 reabilitasiya vasitəsi ilə təmin ediliblər.

Onlara məxsus 165 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.

Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər də göstərilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub