Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Nemtsov Kadırovun vurulması üçün öldürülüb

22:00  |    02 Mart 2016  |   E-mail  |  Çapa göndər

Federal Mühafizə Xidmətinin iştirakı olmadan Qızıl Meydanda heç kimi öldürmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu fikir rusiyalı politoloq Andrey Piontkovskinin bu gün Ukrayna mətbuatında dərc olunmuş köşə yazısında yer alıb. Onun sözlərinə görə, Nemtsov cinayətini Kadırov heç vaxt özbaşına törədə bilməzdi:

“Nemtsovu öldürənlər Kadırovun elit alayının zabitləridir. Hər kəsə aydındır ki, bu cinayəti Kadırovun əmri olmadan yerinə yetirmək mümkün deyildi. Bununla bütün ekspertlər razıdırlar. Bundan sonra sual yaranır ki, bəs Kadırov niyə birdən-birə Nemtsovu öldürmək haqqında əmr verib? Onun Nemtsovla şəxsi ədavəti olmayıb. Dini hislərin təhqiri isə tamamilə mənasız bir şeydir. Kadırov bu cinayətə yalnız Putin razı olacağı halda izn verə bilərdi. Lakin mənim fikrimcə, hər şey daha mürəkkəbdir. Nemtsovun ölümündən bir gün sonra tamamilə ziddiyyətli olan versiyaları xatırlayırsınızmı? O zaman Putin də təxminən iki həftəlik itdi. Kimin qatil olması ilə bağlı fərziyyələr ortaya çıxdı. Hətta Ukrayna izindən belə söhbət açıldı. Mənim fikrimcə, hər şey bir qədər fərqli olub. Putinə yaxın olan bəzi böyük hərbçilər Kadırova guya Putinin bu cür istəməsi ilə bağlı məlumat çatdırıblar. Kadırov əmin şəkildə hərəkətə keçərək, Putinə yaxın olanlardan kiməsə inanaraq, bu hərəkətin ölkə prezidentinin çox xoşuna gələcəyini düşünüb. Əslində isə bu, güc strukturlarının təxribatdır. Onlar hadisədən dərhal sonra əsas icraçıları yaxaladılar və cinayəti Kadırova qarşı hücum vasitəsi kimi istifadə etdilər. Məsələ ondadır ki, güc strukturları çoxdan Kadırova nifrət edirlər və bu proyektə qarşı çıxırlar. Sirr deyil ki, ordu 9 may tarixində onun atasını tribunada partladaraq qətlə yetirib. Onlar hesab edirdilər ki, Putin onlardan qələbəni oğurlayıb, Çeçenistanda hərbi əməliyyatları sona qədər keçirməyə izn verməyib və Kadırova çox geniş hakimiyyət təqdim edib. Məncə, Nemtsov cinayəti Federal Mühafizə Xidmətinin iştirakı ilə hazırlanıb. Onların iştirakı olmadan Qızıl Meydanda heç kimi öldürmək mümkün deyil. Onlar bu cinayəti Kadırova qarşı kampaniyaya başlamaq və Putinə “Kadırov” layihəsinin bağlanması üçün təzyiq vasitəsi kimi istifadə etdilər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Ağ Evdə Trampla Ərdoğanın görüşü: S-400 və F-35-ləri danışacağıq - Tramp - VİDEO
13.11.2019
Ağ Evdə Trampla Ərdoğanın görüşü başlayıb
13.11.2019
YPG tərəfdarları Türkiyə və Rusiya hərbçilərini daşa basdı - VİDEO
13.11.2019
Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb
13.11.2019
Türkiyə İŞİD üzvü olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək