Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6883

Digər sorğular

Bu sahələrdə maaşlar artıb - Rəsmi

17:09  |    02 Mart 2016  |   E-mail  |  Çapa göndər

2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, işçilərin 54,2 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,9 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.


2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 6,1 faiz artaraq 571,4 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819,0 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258,0 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artıb, metro nəqliyyatında isə 1,9 faiz azalıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 1,9 faiz artaraq 748,8 manat olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?